Azərbaycan ötən il neft hasilatını 3% azaldıb, qaz hasilatını isə 16% artırıb

Azərbaycan ötən il neft hasilatını 3% azaldıb, qaz hasilatını isə 16% artırıb
# 21 yanvar 2020 17:51 (UTC +04:00)

2019-cu ildə Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32,7 mlrd. manat olmaqla, 2018-ci ilə nisbətən 0,4% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat ilində ölkədə 37 517,6 min ton xam neft və 35 591,4 mln. kubmetr təbii qaz hasil ediklib. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 3,2% azalıb və 16,3% artıb.

Sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 37,4 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 24,5 mlrd. kubmetr təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə əmtəəlik neft hasilatı 3,3% azalıb, əmtəəlik qaz hasilatı isə 27,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR