Azərbaycan ötən il neft ixracını 9% azaldıb

Azərbaycan ötən il neft ixracını 9% azaldıb
# 05 fevral 2021 17:19 (UTC +04:00)

Ötən il Azərbaycan 28,4 mln. ton neft (kondensatla birlikdə) ixrac edib.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat ilində əvvəlki illə müqayisədə təqribən 2,9 mln. ton, yəni 9,2% az neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Məlumata görə, ixrac edilən neftin 23,6 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinın, 4,2 mln. tonu Qərb kəmərinin (Bakı-Supsa), 0,6 mln. tonu isə Şimal kəmərinin (Bakı-Novorossiysk) payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR