Azərbaycan ötən il qızıl ixracından 205 mln. dollar qazanıb

Azərbaycan ötən il qızıl ixracından 205 mln. dollar qazanıb
# 29 yanvar 2021 11:15 (UTC +04:00)

Ötən il Azərbaycan 205,6 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2019-cu ildə qızıl ixracının ümumi dəyəri 172,4 mln. dollar təşkil edib. Beləliklə, ötən il qızıl ixracı 19,3% artıb.

Qeyd edək ki, təkcə dekabr ayında Azərbaycan xaricə 21,9 mln. dollarlıq qızıl tədarük edib, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 48% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR