Azərbaycan polad boru istehsalını 66% artırıb

Azərbaycan polad boru istehsalını 66% artırıb
  • Clock-gray 11:11
  • calendar-gray 31 May 2020

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 7,3 min ton polad boru istehsal edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,9% çoxdur.

Bundan əlavə, hesabat dövründə ölkədə 3 min ton bərk polietilen borular və 1,3 min ton bərk polipropilen borular istehsal olunub ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 21,3% və 77,9% çoxdur.

Cari ilin ilk dörd ayında ölkədə 296 ton plastik boru istehsal olunub ki, bu da illik müqayisədə 27,9% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər