Azərbaycan qaz hasilatını 11% artırıb

Azərbaycan qaz hasilatını 11% artırıb
# 09 iyul 2020 09:23 (UTC +04:00)

Bu ilin ilk yarısında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 11%-dən çox, yəni 2 mlrd. kubmetrə yaxın artımla 19,3 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qaz hasilatının 6,3 mlrd. kubmetri "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarından, 9,4 mlrd. kubmetri isə "Şahdəniz" qaz-kondensat yatağından əldə edilib.

Məlumata əsasən, SOCAR üzrə bu dövrdə 3,6 mlrd. kubmetr qaz hasil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR