Azərbaycan qaz ixracını artırıb

   Azərbaycan qaz ixracını artırıb
# 14 avqust 2020 13:34 (UTC +04:00)

Azərbaycan bu ilin yanvar-iyul ayları ərzində 6 398 120.36 min dollar dəyərində 19 558 158.55 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 3913.27 ton və ya 0,02% artıb, dəyər ifadəsində isə əksinə 33% azalıb.

Həmçinin bu müddətdə Azərbaycandan 1 488 419.96 min dollar dəyərində 7 713 270.62 min kub metr təbii qaz ixrac edilib. Bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 15% çox, dəyər ifadəsində isə 18% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR