Azərbaycan qaz ixracını ötən il 23% artırıb

Azərbaycan qaz ixracını ötən il 23% artırıb
# 16 yanvar 2020 12:49 (UTC +04:00)

Ötən il Azərbaycan təbii qazın ixracını əvvəlik ilə nisbətən 23% artıraraq 11,6 mlrd. kubmetrə çatdırıb.

"APA-Economics"in SOCAR-a istinadən verdiyi məlumata görə, SOCAR öz imkanları ilə hasil etdiyi təbii qazın əsas hissəsini daxili bazarın tələbatına yönəldir. İxracın artımı isə beynəlxalq şirkətlər konsorsiumunun istismar etdiyi "Şahdəniz" qaz-kondensat yatağında hasilat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.

Məlumata görə, 2019-cu ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac olunub. Türkiyə bazarına ümumilikdə 9,2 mlrd. kubmetr, o cümlədən, Cənub Qaz Dəhlizi və TANAP ("Trans-Anadolu" qaz kəməri) vasitəsi ilə 2,8 mlrd. kubmetr təbii qaz çatdırılıb. Beləliklə, Azərbaycanın ümumi qaz ixracında Türkiyə bazarının payı 79% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR