Azərbaycan qaz ixracını yanvar-noyabrda 17% artırıb

Azərbaycan qaz ixracını yanvar-noyabrda 17% artırıb
# 28 dekabr 2020 17:55 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 178 381,77 min ABŞ dolları dəyərində 12 278 855,19 min kubmetr təbii qaz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin 11 ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,8%, həcmi isə 17,3% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycan 2 366 833,7 min ABŞ dolları dəyərində (57,9% artım) 12 537 405,17 min kubmetr (58,7% artım) təbii qaz ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR