Azərbaycan son 10 ildə elektrik enerjisinin idxalını 37% artırıb

Azərbaycan son 10 ildə elektrik enerjisinin idxalını 37% artırıb
  • Clock-gray 15:26
  • calendar-gray 04 İyun 2020

Azərbaycan son 10 ildə (2010-2019-cı illər) 1 217,9  mln. kVt-saat elektrik enerjisi idxal edib.

Bu barədə “APA-Economics” ölkənin Energetika Nazirliyininin göstəriciləri əsasında apardığı hesablamalara əsasən xəbər verir.

Məlumata görə, son 10 ildə ölkə enerji idxalını artırıb. Belə ki, əgər 2010-cı ildə Azərbaycan 99,8 mln. kVt-saat elektrik enerjisi idxal edibsə, 2019-ci ildə bu göstərici 136,9 mln. kVt-saata çatıb. Beləliklə, 10 ildə ölkə elektrik enerjisinin idxalını 37,2% artırıb.

Qeyd edək ki, hesablamalara görə, 2019-ci ildə Azərbaycan 26 087  mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu da 2010-cı ilin göstəricisi ilə müqayisədə 39,4% çoxdur.

Emil İsmayılov

Digər xəbərlər