Azərbaycan son 10 ildə elektrik enerjisinin ixracını 3 dəfə artırıb

Azərbaycan son 10 ildə elektrik enerjisinin ixracını 3 dəfə artırıb
  • Clock-gray 14:15
  • calendar-gray 04 İyun 2020

Azərbaycan son 10 ildə (2010-2019-cı illər) 8 511,5 mln. kVt-saat elektrik enerjisi ixrac edib.

Bu barədə “APA-Economics” Energetika Nazirliyininin göstəriciləri əsasında apardığı hesablamalara əsasən xəbər verir.

Məlumata görə, son 10 ildə ölkə elektrik enerjisi ixracını kəskin artırıb. Belə ki, əgər 2010-cı ildə Azərbaycan 462,4 mln. kVt-saat elektrik enerjisi ixrac etmişdirsə, 2019-ci ildə bu göstərici 1 490,9  mln. kVt-saata catıb. Beləliklə, 10 ildə ölkə enerji ixracını 3,2 dəfə artırıb.

Hesablamalara görə, 2019-ci ildə Azərbaycan 26 087 mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu da 2010-cı ilin göstəricisi ilə müqayisədə 39,4% çoxdur.

Emil İsmayılov

Digər xəbərlər