Azərbaycan son 17 ildə neft hasilatını 2,4 dəfə artırıb

Azərbaycan son 17 ildə neft hasilatını 2,4 dəfə artırıb
# 02 aprel 2020 17:14 (UTC +04:00)

Azərbaycanda son 17 ildə (2003-2019-ci illər) 646 mln. ton neft hasil edilib.

"APA-Economics"in Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilən göstəricilərinə əsasında apardığı hesablamalara görə, hesabat dövrü hasilat üzrə ən yüksək göstəricisi 2010-cu ildə qeydə alınıb və 50,8 mln. ton təşkil edib. Ən aşağı göstərici isə 2003-cü ildə olub – 15,4 mln. ton təşkil edib.

Hesablamalara əsasən, 2003-cü ildən (15,4 mln. ton) 2019-cu ilədək (37,5 mln. ton) Azərbaycanda neft hasilatı 2,4 dəfə artıb.

Qeyd edək ki, Azərbaycanda neft və qaz yataqlarının bir hissəsində hasilat SOCAR-ın öz gücü hesabına, bəzilərinin də isə xarici şirkətlər ilə birgə aparılır. Ölkədə neft hasilatının böyük hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Şıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun payına düşür.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov öncə bildirdiyinə görə, 2010-cu ildən bəri Azərbaycanda biz neft hasilatında təbii azalma müşahidə edilir. Lakin bu, idarəolunan bir azalmadır. 2020-ci il və sonrakı illərdə neft ölkədə hasilatının tədricən azalacağını gözlənilir. Azalma əsasən son illər ərzində AÇG blokunda müşahidə edilib və hazırda da müşahidə edilir.

Blokun işlənilməsi layihəsinin operatoru olan BP-nin məlumatına əsasən, ötən il AÇG-dən 26 mln. ton neft hasil edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 10,3% azdır.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, "Chevron" – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR