Azərbaycan toxuculuq və geyim məhsullarının istehsalını artırıb

Azərbaycan toxuculuq və geyim məhsullarının istehsalını artırıb
# 18 fevral 2020 13:35 (UTC +04:00)

Ötən il Azərbaycanın toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 55,9 mln. manat dəyərində məhsul istehsal edilib ki bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə geyim istehsalında 70,1% artım, toxuculuq sənayesində 1,4%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 59,7% azalma deməkdir.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında 12 958,5 ton pambıq lifi istehsal olunub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 6,5% azdır. Bu ilin yanvar ayında 2 287,9 min kv. metr hazır pambıq parçalar və 3 811,5 ton pambıq iplik buraxılıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 77,4% və 3,1% çoxdur.

Xalça istehsalında da azalma müşahidə olunub. Belə ki, ötən ay 60,4 kv. metr xalça və xalça məmulatları istehsal olunub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 5,4 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR