Azərbaycan və İran elektroenergetika layihələri çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İran elektroenergetika layihələri çərçivəsində əməkdaşlığı müzakirə edib
# 15 dekabr 2020 12:07 (UTC +04:00)

Elektroenergetika sahəsində İran-Azərbaycan Birgə Texniki Komissiyasının iclası işə başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, "Xudafərin" və "Qız qalası" su anbarları və "Ordubad", "Marazad" hidroelektrik stansiyalarının istismara verilməsi və bu sahədə əməkdaşlığa dair İran-Azərbaycan Birgə Texniki Komissiyasının iclası bazar ertəsi günü Naxçıvanda işə başlayıb.

İranın Naxçıvandakı Baş Konsulluğunun məlumatına görə, görüşdə tərəflər sözügedən layihələr çərçivəsində əməkdaşlığın necə davam etdiriləcəyi barədə fikir mübadiləsi aparıb.

Müştərək texniki komissiyanın iclasları üç gün müddətində davam edəcək.

Azərbaycanla İran arasında Araz çayı üzərindəki "Xudafərin" və "Qız Qalası" su bəndlərinin və elektrik stansiyalarının inşası və istismarı haqqında saziş 12 fevral 2016-cı il tarixində Tehranda imzalanıb və iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR