Azərbaycan və Türkmənistan “Dostluq” yatağı ilə bağlı İşçi Qrup yaradacaq

Azərbaycan və Türkmənistan “Dostluq” yatağı ilə bağlı İşçi Qrup yaradacaq
  • Clock-gray 11:54
  • calendar-gray 23 Fevral 2021

Azərbaycan və Türkmənistan “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası saziş bağlayacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, hökumətlərarası sazişin işlənib hazırlanması və razılaşdırılması məqsədilə tərəflər birgə İşçi Qrup yaradacaq.

Birgə İşçi Qrup mümkün qısa müddət ərzində hökumətlərarası sazişin layihəsini hazırlayacaq və razılaşdıracaq.

Sənəddə qeyd edilib ki, bu memorandumun müddəaları tərəflərin dövlətlərinin Xəzər dənizində sektorların bölgü xəttinin təyin edilməsini əvvəlcədən müəyyən edən kimi nəzərdən keçirilməməlidir.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. 

Firuzə Vahid

Digər xəbərlər