Azərbaycan və Ukrayna arasında bir sıra sənədlər imzalanıb - FOTO

Azərbaycan və Ukrayna arasında bir sıra sənədlər imzalanıb - FOTO
# 31 yanvar 2020 17:00 (UTC +04:00)

Bu gün Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasdan əvvəl komissiyanın həmsədrləri Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ilə Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli arasında görüş olub.

Məlumata əsasən, hökumətlərarası Komissiyanın iclasında isə iqtisadi əlaqələrdə maraq kəsb edən sahələr kimi energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm və infrastruktur üzrə mövcud vəziyyət və perspektivlər nəzərdən keçirilib.

Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Bundan başqa “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Ukraynanın Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələrinin əməkdaşlarının ailə üzvlərinin ödənişli fəaliyyət növlərini həyata keçirmələri haqqında Saziş”, ”Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Lvov vilayəti dövlət administrasiyası (Ukrayna) arasında əməkdaşlıq haqqında Saziş, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Ukraynanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Ukrayna Şərab İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR