Azərbaycan yanvar-fevralda 7 mln. dollarlıq metanol ixrac edib

Azərbaycan yanvar-fevralda 7 mln. dollarlıq metanol ixrac edib
# 18 mart 2020 11:01 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 72 579,3 ton metanol (metil spirti) ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən iki ay ərzində ölkədən ixrac edilən metanolun dəyəri 7 257,93 min ABŞ dolları təşkil edib.

Azərbaycanın yanvar-fevral aylarının qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,45% təşkil edib.

Bundan başqa, hesabat dövrü Azərbaycan 3 610,61 min dollar dəyərində 22 974,9 ton azot gübrəsi ixrac edib. Azərbaycanın yanvar-fevral aylarının qeyri-neft sektoru üzrə ixracında azot gübrəsinin payı 1,22% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR