Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 23 790,5 min ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% azdır.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 7 028 283,9 min ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 41,2% azalıb.
Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.