Azərbaycan yanvarda 4 mln. dollarlıq metanol ixrac edib

Azərbaycan yanvarda 4 mln. dollarlıq metanol ixrac edib
# 20 fevral 2020 17:20 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan 39 483,6 ton metanol (metil spirti) ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay ölkədən ixrac edilən metanolun dəyəri 3 948,36 min ABŞ dolları təşkil edib.

Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,8% təşkil edib.

Bundan başqa, ötən ay Azərbaycan 3 448,27 min dollar dəyərində 21 960,3 ton azot gübrəsi ixrac edib. Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında azot gübrəsinin payı 2,45% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR