Azərbaycan yanvarda elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan yanvarda elektrik enerjisinin istehsalını artırıb
# 17 fevral 2021 12:13 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda respublika üzrə elektrik enerjisinin istehsalı 2 369,0 mln. kVt-saat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2 mln. kVt-saat çoxdur.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay 2020-ci ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 7,1 mln. kVt-saat artaraq 2 260,0 mln. kVt-saat, SES-lərdə 13,6 mln. kVt-saat artaraq 78,9 mln. kVt-saat olub.

Operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 142,76 mln. kVt-saat (İES-lərdə 2 071,3 mln. kVt-saat, SES-lərdə 71,46 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 30,4 mln. kVt-saat (İES-lərdə 22 mln. kVt-saat, SES-lərdə 6,5 mln. kVt-saat, Günəş ES-də 1,9 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,87 mln. kVt-saat, Müstəqil Elektrik Stansiyaları üzrə isə 189 mln. kVt-saat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR