Azərbaycana bu il gətirilən ən dəyərli mal məlum olub

Azərbaycana bu il gətirilən ən dəyərli mal məlum olub
  • Clock-gray 12:15
  • calendar-gray 22 Mart 2021

Bu ilin yanvar ayında Azərbaycanın dəyər ifadəsində idxal etdiyi ən dəyərli mal - qeyri-elektrik sənaye və ya laboratoriya kateqoriyasına aid soba olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, hesabat ayında Azərbaycan sözügedən sobalardan 46,698 mln. dollarlıq (79,387 mln. manat) 220 ədəd idxal edib.

Qeyd edək ki, bu kateqoriyaya aid sobalar arasında Azərbaycana gətirilən ən dəyərlisi Almaniyadan olub. Ölkə Almaniyadan 46,611 mln. dollarlıq (79,239 mln. manat) qeyri-elektrik sənaye və ya laboratoriya kateqoriyasına aid bir soba gətirib ki, bu da idxal olunan malların arasında ən bahalı qeydə alınmış məhsuldur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər