Azərbaycanda 2021-2024-cü illərdə 14 ton qızıl və 14,7 ton gümüş hasil ediləcək - PROQNOZ

Azərbaycanda 2021-2024-cü illərdə 14 ton qızıl və 14,7 ton gümüş hasil ediləcək - PROQNOZ
# 24 dekabr 2020 13:30 (UTC +04:00)

Azərbaycan 2024-cü ildə 2 960,8 kq qızıl filizləri və konsentratları istehsal edəcək ki, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 21,5% azdır.

Bu barədə "APA-Economics" büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə istinadən xəbər verir.

Proqnoza əsasən, 2021-ci ildə Azərbaycanda 3 770,9 kq qızıl filizləri və konsentratları istehsal ediləcək. 2022-ci ildə bu göstərici 3 699,6 kq, 2023-cü ildə isə 3 502 kq təşkil edəcək.

Ümumiyyətlə, növbəti 4 il ərzində ölkədə 13 933,3 kq qızıl filizləri və kondensatları hasil ediləcəyi gözlənilir.

Məlumata görə, istehsalın azalması gümüş hasilatı sahəsində də müşahidə ediləcək. Belə ki, 2024-cü ildə ölkədə 3 505,3 kq gümüş filizləri və konsentratları istehsal ediləcək, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 7,2% azdır.

Qeyd edilir ki, 2021-ci ildə Azərbaycanda 3 775,3 kq gümüş filizləri və konsentratları istehsal ediləcək. 2022-ci ildə bu göstərici 3 751,5 kq, 2023-cü ildə isə 3 685,7 kq təşkil edəcək.

Ümumiyyətlə, 2021-2024-cü illərdə ölkədə 14 717,8 kq gümüş filizləri və kondensatlarının hasil ediləcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR