Azərbaycanda 550 MVt-lıq yeni həmdövrəli qaz-turbin elektrik stansiyası tikiləcək

Azərbaycanda 550 MVt-lıq yeni həmdövrəli qaz-turbin elektrik stansiyası tikiləcək
  • Clock-gray 12:38
  • calendar-gray 20 Oktyabr 2020

Elektroenergetika sisteminin səmərəliliyinin artırılmasında özəl sektorun iştirakına nail olmaq da həlli vacib məsələlərdəndir. Bununla əlaqədar ilkin mərhələ kimi kiçik gücə malik bir sıra modul, su və günəş elektrik stansiyalarının nümunəsində elektrik enerjisinin istehsalı sahəsinə özəl investisiyaların cəlb edilməsi istiqamətində təkliflər hazırlanmış və hazırda baxılmaqdadır.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Energetika naziri Pərviz Şahbazovun rəsmi mətbuatda dərc olunmuş və 20 oktyabr – Energetika gününə həsr edilmiş məqaləsində deyilir.

Nazir qeyd edib ki, eyni zamanda, özəl sektor və xarici investisiya hesabına ənənəvi enerji ilə işləyən yeni güclərin yaradılması da əsas prioritetdir: “Bu məqsədlə 550 MVt-lıq yeni müasir tipli, həmdövrəli qaz-turbin elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür. Stansiyanın özəl investisiya hesabına inşası məqsədilə xarici şirkətlərlə danışıqlar aparılıb və Energetika Nazirliyi tərəfindən hazırlanmış ilkin Texniki Göstəriciləri ehtiva edən sənəd təqdim edilib. Şirkətlərdən artıq nazirliyə layihə təklifləri daxil olub”. P. Şahbazov əlavə edib ki, elektrik stansiyasının fəaliyyəti üçün zəruri köməkçi infrastrukturun mövcudluğu baxımından stansiyanın Bakıdan 40 km məsafədə yerləşən “Yaşma” və 120 km uzaqlıqda olan “Şirvan” ərazilərindən birində tikilməsi planlaşdırılır.

APA-Economics

Digər xəbərlər