Azərbaycanda AÇG və "Şahdəniz" istismara veriləndən 282 mlrd. kubmetr qaz hasil edilib

Azərbaycanda AÇG və "Şahdəniz" istismara veriləndən 282 mlrd. kubmetr qaz hasil edilib
  • Clock-gray 11:32
  • calendar-gray 23 Yanvar 2020

"Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqları istismara veriləndən 1 yanvar 2020-ci il tarixinədək təqribən 282 mlrd. kubmetr təbii qaz hasil edilib.

"APA-Economics"in Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun da 165 mlrd. kubmetri AÇG-nin, 117 mlrd. kubmetri isə "Şahdəniz"in payına düşür.

2019-cu il ərzində 35,6 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2018-ci ilin hasilat göstəricisindən (30,5 mlrd. kubmetr) 5,1 mlrd. kubmetr və ya 16,8% çoxdur.

2019-cu ildə qaz hasilatının 6 818,6 mln. kubmetri SOCAR, 11 986,2 mln. kubmetri AÇG, 16 811,7 mln. kubmetri "Şahdəniz" (kondensat) üzrə həyata keçirilib. 2018-ci illə müqayisədə müvafiq olaraq 4,5% artım, 4,2% azalma və 46,7% artım qeydə alınıb.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date