Azərbaycanda alternativ mənbələrlə bu il 316 mln. kVt-saatdan çox elektrik enerjisi istehsal edilib

Azərbaycanda alternativ mənbələrlə bu il 316 mln. kVt-saatdan çox elektrik enerjisi istehsal edilib
  • Clock-gray 11:37
  • calendar-gray 16 Dekabr 2020

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda alternativ mənbələr vasitəsi ilə 316,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 mln. kVt-saat azdır.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu dövrdə Külək  Elektrik Stansiyalarında 88,83 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında 45,09 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Bundan başqa, hesabat dövründə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 182,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

Emil İsmayılov

Digər xəbərlər