Azərbaycanda atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi ötən il 0,9 min ton artıb

Azərbaycanda atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi ötən il 0,9 min ton artıb
# 01 aprel 2020 12:06 (UTC +04:00)

2019-cu ildə Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2018-ci illə müqayisədə 0,9 min ton artaraq ümumilikdə 1 122,1 min ton təşkil edib ki, onun da 84,2%-i və ya 945,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 3,5% artıb, avtomobillərdən atılmış maddələrin həcmi isə 0,5% azalıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 6,2 min ton, Sumqayıt şəhərində 0,4 min ton, Şirvan şəhərində 0,02 min ton artıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 59,9%-i təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 41,9 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Atmosferə atılmış bütün zərərli tullantıların 66%-ni karbohidrogenlər, 12,6%-ni azot oksidi, 9,1%-ni karbon oksidi, 0,4%-ni kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR