Azərbaycanda avtomobil benzinin istehsalı 7%-dək azalıb - CƏDVƏL

Azərbaycanda avtomobil benzinin istehsalı 7%-dək azalıb - CƏDVƏL
  • Clock-gray 12:31
  • calendar-gray 16 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft mәhsullarının istehsalı sahәsindә istehsalı illik müqayisədə 5,5% azalaraq 2 257,3 mln. manata çatıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft mәhsullarından sürtkü yağlarının istehsalı 10,5% artıb, neft-kimya sәnayesindә istifadә üçün benzinin istehsalı 20%, neft koksunun istehsalı 21,9%, ağ neftin istehsalı 22,5%, yanacaq mazutunun istehsalı 55,4% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2020-ci ilin yanvar-sentyabr aylarında istehsal həcmləri

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Avtomobil benzini, min ton

852,1

93,1

Neft-kimya sәnayesindә istifadә üçün benzin, min ton

161,9

80,0

Ağ neft, min ton

356,8

77,5

Dizel yanacağı, min ton

1 542,5

94,3

Yanacaq mazutu, min ton

42,2

44,6

Sürtkü yağları, min ton

19

110,5

Neft bitumu, min ton

251,9

136,2

Neft koksu, min ton

147,6

78,1

Mirsəid İbrahimzadə

Digər xəbərlər