Azərbaycanda avtomobil yanacağının satışı azalıb

Azərbaycanda avtomobil yanacağının satışı azalıb
# 12 iyun 2020 13:47 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 807,3 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 0,8% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,5%-i avtomobil yanacağının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR