Azərbaycanda avtomobil yanacağının satışları 1,5% azalıb

Azərbaycanda avtomobil yanacağının satışları 1,5% azalıb
# 13 noyabr 2020 12:33 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil yanacağının (benzin və dizel) satışından əldə edilən gəlirlər 1 708,7 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,5% və ya 26 mln. manat azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub. Bu isə, illik müqayisədə 0,2 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR