Azərbaycanda bu il 114 mln. manatlıq tütün məhsulları istehsal olunub

Azərbaycanda bu il 114 mln. manatlıq tütün məhsulları istehsal olunub
# 16 aprel 2021 16:01 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 3 200,7 mln. ədəd papiros və siqaretlər və 215,5 ton fermentləşdirilmiş tütün istehsal edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə, ölkədə papiros və siqaretlərin istehsalı 3,3 dəfə artıb, fermentləşdirilmiş tütünün istehsalı isə 79,5% azalıb.

Qeyd edək ki, ölkədə cari ilin I rübündə istehsal olunan tütün məmulatlarının ümumi dəyəri 113,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR