Azərbaycanda bu il 36 mln. manatlıq mebel istehsal edilib

Azərbaycanda bu il 36 mln. manatlıq mebel istehsal edilib
# 27 may 2020 12:06 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-aprel ayları ərzində 35,8 mln. manat dəyərində mebel istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalıb.

Rəsmi statistikaya əsasən, mebel və ev əşyalarının qiyməti aprel ayında 0,1% azalıb, ötən ilin aprel ayı ilə müqayisədə isə 1,6% artıb, bu ilin yanvar-aprel ayları üzrə orta qiymət əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9% artıb.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycana 24 893,39 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub. İdxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR