Azərbaycanda bu il 531 kq qızıl hasil edilib - CƏDVƏL

Azərbaycanda bu il 531 kq qızıl hasil edilib - CƏDVƏL
# 17 mart 2021 10:41 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 531 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni ayları ilə müqayisədə 20,2% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Təkcə fevral ayında isə 260,1 kq qızıl istehsal olunub ki, bu da yanvar ayı ilə müqayisədə 4% azdır.

Hesabat dövründə ölkədə 806,5 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,8% azdır. Təkcə fevralda 385 kq gümüş hasil olunub ki, bu da yanvar ayı ilə müqayisədə 8,7% azdır.

Məhsul növləri

2021-ci ilin yanvar-fevral aylarında istehsal edilib

İllik müqayisə, %

Mis filizləri və konsentratları, ton

434,9

16,9

Qiymətli metal filizləri və konsentratları, kq

1 337,5

-12,1

o cümlədən:

qızıl

531

-20,2

gümüş

806,5

-5,8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR