Azərbaycanda dəmiryol nəqliyyatı ilə yükdaşımalar artıb

Azərbaycanda dəmiryol nəqliyyatı ilə yükdaşımalar artıb
# 18 fevral 2021 12:22 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar ayında dəmir yolu nəqliyyatı ilə 1,3 mln. ton yük daşınıb ki, bu da illik müqayisədə 8,6% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü sözügedən nəqliyyat növü ilə 126,7 min sərnişin daşınıb (68,8% azalma).

Məlumata görə, orta hesabla sutkada 379 vaqon yüklənmiş, 363 vaqon isə boşaldılıb.

"Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,7 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR