Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişindaşıma azalıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişindaşıma azalıb
# 18 fevral 2021 16:48 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 438,1 min ton təşkil edib və əvvəlki ilin yanvar ayına nisbətən 10% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 42,2 faizini neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 766 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 753,3 min tonunu və ya 98,3%-i tranzit yüklər təşkil edib.

“2021-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 19,7 min ton olub”, - deyə məlumatda qeyd edilir.

Bildirilib ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin yanvar ayına nisbətən 27,8% azalaraq 1,3 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR