Azərbaycanda elektrik enerjisi üzrə builki texniki itkilər 0,8% azalıb

Azərbaycanda elektrik enerjisi üzrə builki texniki itkilər 0,8% azalıb
# 03 dekabr 2020 10:39 (UTC +04:00)

"Azərişıq" ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirlər görür.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır.

2015-ci ildə ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdisə, 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə isə 9,7%, 2020-ci ildə isə 0,8% azaldılmaqla 8,9% təşkil edib.

2015-2020-ci illər ərzində, ümumilikdə 1,3 milyona yaxın abunəçi yeni sayğaclarla təchiz edilib ki, bunun da 1,157 milyonu əhali, 142 309-u isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil edib.

2020-ci ilin 10 ayında isə ümumilikdə 196 436 abonent yeni sayğacla təchiz edilmiş və bunun da 185 543-ü əhali, 10 893-ü isə qeyri-əhali abonentlərinə aiddir. Görülən tədbirlər nəticəsində ümumilikdə “Azərişıq” ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5%-ə dək azalmasına nail olunub.

Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 10 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR