Azərbaycanda enerji haqlarının yığım səviyyəsi kəskin artıb

Azərbaycanda enerji haqlarının yığım səviyyəsi kəskin artıb
# 10 mart 2021 12:45 (UTC +04:00)

Ötən il Azərbaycanda elektrik enerjisi paylayıcı şəbəkəsi üzrə itkilər 8,9% təşkil edib ki, bu da 2003-cü ilin göstəricisi ilə müqayisədə 10,5 faiz bəndi azdır.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd olunur ki, 2003-cü ildə bu göstərici 19,4% təşkil edib.

Hesabata əsasən, ötən il Azərbaycanda 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacaq 263,8 qram təşkil edib, bu da 2003-cü il ilə müqayisədə (386 qram) 31,7% azdır.

"Uçot və ödəniş sisteminin təkmilləşdirilməsi nəticəsində enerji haqlarının yığım səviyyəsi 46,7%-dən 96,2%-ə (2003-cu ildən yığım 49,5 faiz bəndi artıb – red.) qalxıb", - hesabatda vurğulanıb.

Məlumata gör, hesabat dövrü Bakı üzrə yığım səviyyəsi 99,6%-ə, regional elektrik şəbəkələri üzrə isə 92,5%ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR