Azərbaycanda kimya məhsullarının istehsalı 20% artıb - CƏDVƏL

Azərbaycanda kimya məhsullarının istehsalı 20% artıb - CƏDVƏL
  • Clock-gray 15:30
  • calendar-gray 21 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 850,2 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 20,1%, əczaçılıq məhsullarının istehsalında 8,2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 16,4% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü əsas kimya məhsullarından metanol istehsalı 35,5%, propilen istehsalı 3,2%, etilen istehsalı 4,2% artıb. Rezin vә plastik kütlә mәmulatlarından mәsamәli polistirol lövhәlәr vә zolaqların istehsalı 2,2 dәfә, bәrk polipropilen boruların istehsalı 10,8% artmışdır.

 

Azərbaycanda kimya məhsullarının istehsalının dinamikası:

Məhsul növləri

2020-ci ilin yanvar-sentyabr ayları

2019-cu ilin yanvar-sentyabr ayları ilə nisbətən, %

Azot, min kubmetr

16695,2

97,9

ondan əmtəəlik

305,9

42,2

Yod, ton

135,4

93,8

Oksigen, min kubmetr

1 858,9

71,7

ondan əmtəəlik

1 824,2

71,6

Propilen, min ton

77,1

103,2

ondan əmtəəlik

73,1

98,3

Polietilen, min ton

102,4

118,8

Etilen, min ton

102,1

104,2

Metanol (metil spirti), min ton

368,2

135,5

Lak-boya məmulatları, ton

10 076,0

56,3

Hüseyn Vəliyev

Digər xəbərlər