Azərbaycanda kimya məhsullarının istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda kimya məhsullarının istehsalı azalıb - CƏDVƏL
# 20 aprel 2021 10:02 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 346,4 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 15,2% artıb, kimya sənayesində isə 12,5% azalıb.

Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,2 dəfə, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 9,1 dəfə artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2021-ci il, yanvar-mart

2020-ci ilin müvafiq ayına nisbətən, %

Azot, min kub m

5 382,5

95,4

ondan əmtəəlik

72,5

39.5

Yod, ton

39,3

90,1

Oksigen, min kub m

2 413,2

4,4 dəfə

ondan əmtəəlik

2 403,8

4,5 dəfə

Propilen, min ton

32,7

94

ondan əmtəəlik

30,5

87,9

Polietilen, min ton

42,1

99,8

Etilen, min ton

42,3

99,8

Metanol (metil spirti), min ton

0,1

0,1

Lak-boya məmulatları, ton

5 439,1

2,2 dəfə

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

9 610,2

148,3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR