Azərbaycanda kolbasa istehsalı ötən il 36%-dən çox artıb - CƏDVƏL

Azərbaycanda kolbasa istehsalı ötən il 36%-dən çox artıb - CƏDVƏL
# 21 yanvar 2021 18:18 (UTC +04:00)

2020-ci ildə Azərbaycanda 24 201,6 ton kolbasa məmulatları istehsal olunub ki, bu da illik müqayisədə 36,5% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, digər qida məhsullarına gəldikdə, Azərbaycanda ötən il qaymaq və xama istehsalı azalıb, pendir və kəsmik istehsalı isə artıb. Belə ki, hesabat dövründə ölkədə 7 203,9 ton qaymaq və xama istehsal olunub ki, bu da illik ifadədə 5,5% azdır, pendir və kəsmik istehsalı isə 2,4% artaraq 52 558,2 tona çatıb.

Digər qida məhsullarının istehsalı:

Qida məhsulları

2020-ci ildə istehsal həcmi

İllik dinamika, %

Kərə yağı, ton

24 364,5

1,2

Cem və marmeladlar, ton

74 956,7

-13,6

Duru bitki yağları, ton

53 273

0,5

Marqarin, ton

49 894,2

5,6

Qida duzu, min ton

74,3

-0,5

Qənd və şəkər tozu, min ton

246,5

-9

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR