Azərbaycanda külək və günəş stansiyaları son 7 ildə elektrik enerjisinin istehsalını kəskin artırıb

Azərbaycanda külək və günəş stansiyaları son 7 ildə elektrik enerjisinin istehsalını kəskin artırıb
  • Clock-gray 16:30
  • calendar-gray 05 İyun 2020

Azərbaycanda son 7 ildə (2013-2019-cu illər) külək və günəş stansiyaları tərəfindən 408 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

"APA-Economics"in Energetika Nazirliyinin məlumatları əsasında apardığı hesablamalara görə, 2013-2019-cu illər ərzində külək və günəş stansiyaları elektrik enerjisinin istehsalını kəskin artırıb. Belə ki, 2013-cü ildə bu stansiyalar cəmi 1,6 mln. kVt-saat elektrik enerjisi istehsal etmişdirsə, 2019-cu ildə bu göstərici 149 mlrd. kVt-saat təşkil edib. Beləliklə, son 7 ildə külək və günəş stansiyaları elektrik enerjisinin istehsalını 93  dəfə artırıblar.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan 26 087 mln. kVt-saat elektrik enerjisi istehsal edib. Bu isə 2013-cü ilin göstəricisi ilə müqayisədə 11,7% çoxdur.

Emil İsmayılov

Digər xəbərlər