Azərbaycanda metanol istehsalı 34% artıb - CƏDVƏL

Azərbaycanda metanol istehsalı 34% artıb - CƏDVƏL
# 27 mart 2020 14:47 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,7 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 19,5%, əczaçılıq məhsullarının istehsalında 4,2%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,6% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü əsas kimya məhsullarından metanol istehsalı 34,4%, propilen istehsalı 17,9%, etilen istehsalı 16,1% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2020-ci il, yanvar-fevral

2019-cu ilin yanvar-fevralı ilə nisbətən, %

Azot, min kub m

3 748,3

102,2

ondan əmtəəlik

148,2

115,1

Yod, ton

29,5

95,8

Oksigen, min kub m

379,2

77

ondan əmtəəlik

369,7

77

Propilen, min ton

22,4

117,9

ondan əmtəəlik

22,4

118,5

Polietilen, min ton

15,6

70,3

Etilen, min ton

27,4

116,1

Metanol (metil spirti), min ton

76,6

134,4

Lak-boya məmulatları, ton

1 672,1

58,7

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

3 881,2

170,8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR