Azərbaycanda ötən il benzin istehsalı artıb - CƏDVƏL

Azərbaycanda ötən il benzin istehsalı artıb - CƏDVƏL
  • Clock-gray 15:00
  • calendar-gray 21 Yanvar 2021

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 100,7 mln. manat olub ki, bu göstərici illik müqayisədə 3,6% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından neft bitumunun istehsalı 44,2%, avtomobil benzininin istehsalı 0,5% artıb, dizel yanacağının istehsalı 0,6%, neft koksunun istehsalı 17,4%, ağ neftin istehsalı 24,7%, sürtkü yağlarının istehsalı 28,7%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 39,3%, yanacaq mazutunun istehsalı 51,4% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2020-ci il

2019-cu illə müqayisədə, %

Avtomobil benzini, min ton 

1 166,7

100,5

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

161,9

60,7

Ağ neft, min ton 

502,2

75,3

Dizel yanacağı, min ton

2 068,6

99,4

Yanacaq mazutu, min ton

61,5

48,6

Sürtkü yağları, min ton

25,4

71,3

Neft bitumu, min ton

375

144

Neft koksu, min ton

197

82,6

Emil İsmayılov

Digər xəbərlər