Azərbaycanda ötən il istehlak edilən elektrik enerjisinin həcmi açıqlanıb

Azərbaycanda ötən il istehlak edilən elektrik enerjisinin həcmi açıqlanıb
# 10 mart 2021 12:22 (UTC +04:00)

Ötən il Azərbaycanda 21 979,3 mln. kVt-saat elektrik enerjisi istehlak edilib ki, bu da ümumi istehsalın 85,2%-i təşkil edir.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabata əsasən, 2020-ci ildə ölkədə 25 811,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bunun da 1 147,8 mln. kVt-saatı ixraca yönəldilib.

Qeyd edilir ki, ötən il ölkədə istehsal edilən elektrik enerjisinin 94,5%-i İstilik Elektrik Stansiyaları, 4,4%-i Su Elektrik Stansiyaları, 1,4%-i isə bərpa olunan enerji mənbələrinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR