Azərbaycanda ötən il metanol istehsalına 500 mln. kubmetrdən çox qaz yönəldilib

Azərbaycanda ötən il metanol istehsalına 500 mln. kubmetrdən çox qaz yönəldilib
# 10 mart 2021 14:52 (UTC +04:00)

Ötən il SOCAR-ın Metanol Zavoduna xammal olaraq 524,4 mln. kubmetr həcmində qaz verilib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabata əsasən, qazın emalı nəticəsində zavodda 476 min ton metanol istehsal olunub, bunun da 97,9%-i ixrac edilib.

Xatırladaq ki, 2013-cü ildə istismara verilən zavod Qaradağ rayonunda yerləşir. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR