Azərbaycanda rezin və plastik kütlə məmulatlarının istehsalı artıb

Azərbaycanda rezin və plastik kütlə məmulatlarının istehsalı artıb
# 20 aprel 2020 16:14 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 68,9 mln. manatlıq rezin və plastik kütlə məmulatlarının istehsal edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji ayları ilə müqayisədə 25% çoxdur.

Qeyd edək ki, hesabat dövründə sözügedən məmulatlarının emal sənayesində payı 2,3%-ə bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR