Azərbaycanda sement istehsalı ötən il 8%-dək azalıb

Azərbaycanda sement istehsalı ötən il 8%-dək azalıb
# 23 yanvar 2021 09:24 (UTC +04:00)

Ötən ilin yekunlarına görə, Azərbaycanda sement istehsalı əvvəlki illə müqayisədə 8%-dək azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il ölkədə 3 226,0 min ton sement istehsal edilib. Bu rəqəm 2019-cu illə müqayisədə 7,5% azdır.

Cari ilin yanvarın 1-nə ölkə anbarlarında 99 min ton hazır məhsul ehtiyatı olub ki, bu da illik ifadədə 27,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR