Azərbaycanda sənaye istehsalı 4,7% azalıb

Azərbaycanda sənaye istehsalı 4,7% azalıb
# 11 dekabr 2020 12:25 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 33,7 mlrd. manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,7% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4% azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,4% artıb.

Məlumata görə, sənaye məhsulunun 60,7%-i mədənçıxarma sektorunda, 33,2%i emal sektorunda, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR