Azərbaycanda sənaye istehsalı 4% azalıb

Azərbaycanda sənaye istehsalı 4% azalıb
  • Clock-gray 12:12
  • calendar-gray 10 Mart 2021

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 7,1 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4% faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə,  bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,3% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,1% artıb.

Məlumata görə, sənaye məhsulunun 64,1%-i mədənçıxarma sektorunda, 29,1%-i emal sektorunda, 6,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9% azalmış, əmtəəlik qaz hasilatı isə 9,6 faiz artıb”, - məlumatda qeyd edilir.

Emil İsmayılov

Digər xəbərlər