Azərbaycanda sənaye istehsalı yanvarda 3,4% azalıb

Azərbaycanda sənaye istehsalı yanvarda 3,4% azalıb
# 10 fevral 2021 12:15 (UTC +04:00)

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar ayında 3,6 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 3,4% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, azalma neft-qaz sektorunda məhsul istehsalının 5,4% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,8% artıb.

Məlumata görə, sənaye məhsulunun 64,9% mədənçıxarma sektorunda, 29,2% emal sektorunda, 5,3% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4% azalıb, əmtəəlik qaz hasilatı isə 7,9% artıb”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR