Azərbaycanda tam sintetik yağların istehsalına dair hazırlıq işləri aparılır

Azərbaycanda tam sintetik yağların istehsalına dair hazırlıq işləri aparılır
# 13 oktyabr 2020 15:05 (UTC +04:00)

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan Təcrübə-Sənaye Zavodu (TSZ) tərəfindən dünya standartlarına cavab verən tam sintetik yağların istehsalına dair hazırlıq işləri aparılır.

Yüksək Texnologiyalar Parkından "APA-Economics"ə verilən məlumata görə, əsas məqsəd Azərbaycanda artıq ciddi problemə çevrilmiş saxta və keyfiyyətsiz sənaye və mühərrik yağlarının satışının qarşısının alınması, yüksək keyfiyyətli, ixrac potensiallı məhsulların istehsal olunmasıdır.

Hazırda müəssisədə nəqliyyat vasitələri üçün SAE 15W40 CI-4, 15W40 CB, 10W40 CF-4/SG, 10W-40, 5W40, 5W30 və s. kimi bütün növ mühərrik yağları istehsal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR