Azərbaycanda texniki səbəbdən qazın çəkilişi mümkünsüz və iqtisadi baxımdan səmərəsiz olan 265 yaşayış məntəqəsi müəyyən edilib

Azərbaycanda texniki səbəbdən qazın çəkilişi mümkünsüz və iqtisadi baxımdan səmərəsiz olan 265 yaşayış məntəqəsi müəyyən edilib
  • Clock-gray 15:53
  • calendar-gray 28 Noyabr 2019

Azərbaycanda “Texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması” layihəsi çərçivəsində Azərbaycan üzrə enerji tələbatından asılı olaraq 4 təsnifat sinfi üzrə xüsusi texnoloji həlləri hazırlanıb təqdim olunacaq.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) sədr müavini Cəmil Məlikov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qazın çəkilişi texniki olaraq mümkünsüz və iqtisadi səmərəli olmayan 265 yaşayış məntəqəsi müəyyən edilib, bu məntəqələrdə də 11 yaşayış evləri var. Yaşayış məntəqələr enerji tələbatından asılı olaraq təsnifatlandırılaraq 4 sinfə bölünüb.

"Siniflər üzrə coğrafi yerləşmədən asılı olaraq fərqli enerji tələbatı mövcuddur. Bundan asılı olaraq hər sinif üzrə xüsusi texnoloji həlləri hazırlanacaq", - deyə C. Məlikov qeyd edib.

O həmçinin bildirib ki, təsnifatda A sinfinə daxil olan məntəqələr üzrə ən azı ildə bir kvadrat metrə olan illik istilik enerjisinə olan tələbat 150 kVt-saatdırsa, D sinfinə daxil olan yaşayış məntəqələrində bu göstərici 350 kVt-saatdır. Bu səbəbdən hər ərazi üzrə texnologiyaların seçilməsi üzrə yanaşma fərdi olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən qeyd olunan layihə  üzrə keçirilən tenderin qalibi və layihənin icraçısı “Azalternativenerji” MMC olub. 

Layihənin əsas məqsədi Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına əsasən “4.1.5 Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə enerji təminatının həyata keçirilməsi” prioritetinin reallaşması nəticəsində kəndlərin sosial rifahının yaxşılaşdırılmasıdır.

Layihənin məqsədinin reallaşması üçün bu istiqamətdə problemlərin həlli yollarına dair təkliflərin hazırlanması, alternativ mənbələrlə təminatın həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübənin və ölkədə mövcud vəziyyətin araşdırılması bununla bağlı hazırlanmış təklifləri aidiyyəti qurumlara təqdim olunması kimi vəzifələr yerinə yetiriləcək.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date